İdman

“Mançester Siti”dən gözlənilməz məğlubiyyət - FOTO

14 Sentyabr 2019 23:06
0 Şərh     Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda "Mançester Siti" səfərdə "Norviç siti" komandası ilə qarşılaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. Hesabı 18-ci dəqiqədə "Norviç siti"nin yarımmüdafiəçisi Kenni Maklin açıb. Birinci hissəsinin ortalarında Todd Kantvel hesabı 2:0-a çatdırıb. 45-ci dəqiqədə qonaqların hücumçusu Serxio Aquero buraxılan toplardan birinin əvəzini çıxıb.

İkinci hissənin əvvəlində meydan sahiblərinin hücumçusu Teemu Pukki rəqib qapısından daha bir top keçirib. 88-ci dəqiqədə "Mançester Siti"nin hücumçusu Rodriqe Ernandes hesab arasındakı fərqi azaldıb.

Bu, şəhərlilərin cari mövsümdə ilk məğlubiyyətidir. Pep Qvardioalının komandası əvvəlki turlarda üç qələbə qazanıb, bir oyunu heç-heçə başa vurub.

"Liverpul" komandası isə bu gün çempionatda ardıcıl beşinci qələbəsini qazanıb. Beş oyundan 15 xal toplayan liverpullular turnir cədvəlinin yeganə lideridir. Sonrakı iki yeri 10 xalla "Mançester Siti" və 8 xalla "Tottenhem" klubları tutur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.