Mariana Vasileva: "Azərbaycan gimnastları dünya çempionatında üzərlərinə düşən məsuliyyəti anlayır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı vacib yarışdır, çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
O bildirib ki, çempionatda 61 ölkədən 300-dən çox gimnast çıxış edəcək:
"Azərbaycanı yarışda 9 idmançı - fərdi proqramda liderlərimiz Zöhrə Ağamirova və Veronika Qudis, eləcə də gənc gimnastlar Yelizaveta Luzan və Məryəm Səfərova təmsil edəcək. Qrup hərəkətlərdə komandanın tərkibinə Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina daxildir. Yarışlar lisenziya xarakteri daşıdığı üçün bütün gimnastlar həyəcanlıdır. Əslində onların həyəncanlanmağı məni sevindirir, çünki yarışın ciddiliyini və bütün məsuliyyətini anlayırlar. Nəticəyə gəldikdə isə, əvvəlcədən deyə bilmərəm. Əsas odur ki, biz yaxşı çıxış edək".
Baş məşqçi qeyd edib ki, idmançıların yerinə yetirəcəyi proqramı bütün mövsüm işləyiblər:
"Yeni nömrə yalnız Müslüm Maqomayevin ifasında "O more, more" mahnısı altında lentlə hərəkətlərdə Veronika Qudisdədir. Yeri gəlmişkən, mütəxəssislər Minskdə onun ilk çıxışına baxanda proqramı çox bəyəndiklərini deyiblər. Çempionatda Zöhrə Ağamirova və Veronika Qudis dörd alətlə hərəkətlərdə, Yelizaveta Luzan gürzlərlə hərəkətlərdə və zədəli Fatimə Əkbərovanı gözlənilmədən əvəz etmiş Məryəm Səfərova lentlə hərəkətlərdə çıxış edəcək".
Dünya çempionatının açılış mərasimindən danışan M.Vasileva qeyd edib ki, mərasimdə 200 gimnast iştirak edəcək:
"Şou "Şərq nağılı" adlanır. Bütün tamaşaçıları mərasimə və yarışa baxmağa dəvət edirəm. Hər kəsi sentyabrın 16-22-də Milli Gimnastika Arenasında gözləyirik!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Xırdalanda yaşayış evinin həyətində qumbara partladı - 19 yaşlı qız öldü
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)





