İdman

Azərbaycanlı gimnast: "Bu mənim ən yaxşı çıxışımdır"

23 İyul 2019 16:45
Baxış: 554

Azərbaycan gimnastı Ağakazım Rüstəmov "EYOF Bakı-2019"da öz çıxışından razı qaldığını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastika ilə 11 yaşından məşğul olan idmançı deyib: "Üç qurğuda hərəkətlər nümayiş etdirdim - sərbəst hərəkətlər, idman atı və dayaqla tullanma. Bu, artıq üçünçü yarışımdır və bu gün ən yaxşı çıxışımı nümayiş etdirdim".

A.Rüstəmov qeyd edib ki, bu yarışlarda bütün rəqiblər güclüdür.

O deyib: "Bu gün burada iştirak edən idmançılar bütün Avropanı təmsil edir və ən güclülərdir. Özüm üçün əsas rəqib olaraq Ukrayna və Rusiya idmançılarını görürəm".

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.