İdman

"Atletiko"dan "Flamenqo"ya keçdi

23 İyul 2019 18:26
0 Şərh     Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay fasiləsində "Atletiko"dan ayrılan Filipe Luisin yeni klubu müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.

Çünki 33 yaşlı sol cinah oyunçusu "Flamenqo" ilə anlaşıb. "Atletiko"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Braziliya millisinin üzvü yeni komandası ilə 2 il yarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, Filipe Luis 2010-cu ildən bəri "Atletiko"nun heyətində 333 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.