İdman

Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında dördüncü dövrənin qarşılaşmaları başa çatıb

21 İyul 2019 19:26
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında 1/64 final mərhələsində dördüncü dövrəyə də yekun vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan təmsilçisi Tamerlan Əzizov italiyalı Daniele Miniginiyə məğlub olub - 0:2 (4:6, 3:6). Digər qarşılaşmalarda isə Slovakiya idmançısı Peter Nad belaruslu Alexi Xamrotovu 2:0 (6:1, 6:3), rumıniyalı Andrei Voykan isveçli Eldin Nokiçi 2:0 (6:1, 6:3), rusiyalı Nikita Boçkarev britaniyalı Matt Rankini 2:1 (6:2, 2:6, (12:10)), Linda Klimovikova (Çexiya) Katrin Esadeni 2:0 (6:3, 6:0), Lisa Varul (Estoniya) Mafalda Guedeşi (Portuqaliya) 2:0 (6:0, 6:4) məğlub ediblər.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.