İdman

“EYOF Bakı 2019”: Tennis yarışlarında 1/64 finalın üçüncü dövrəsinin görüşləri başa çatıb

21 İyul 2019 18:58
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 21-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında 1/64 final mərhələsində üçüncü dövrənin görüşləri başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, altı kortda paralel keçən qarşılaşmalarda slovakiyalı İrina Balus litvalı Patrisiya Paukstiteni 2:0 (6:4, 6:2) hesabı ilə məğlub edib. Sloveniya təmsilçisi May Premzl litvalı Edas Butvilası 2:0 (7:5, 6:3), ispaniyalı Daniel Merida isə yunan Mitsakos Teodorosu eyni hesabla (7:5, 6:1) məğlubiyyətə uğradıblar. Digər görüşlərdə Mika Brunold (İsveçrə) kosovolu Fresk Silhasini üzərində qələbə qazanıb - 2:0 (6:1, 6:1). Bosniya və Herseqovina təmsilçisi Andrey Nediç albaniyalı Skerdi Hasana 2:0 (6:3, 6:1), estoniyalı Erko Niqula belaruslu Artur Yurkeviçə 2:1 (3:6, 6:3, (10:6) hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.