İdman

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

21 İyul 2019 16:29
0 Şərh     Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.

Xatırladaq ki, güləşçimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.