Azərbaycanlı qadın bodibilder: "Pul olmayanda, sevgi də, eşq də uğursuz olur" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il Bakıda keçirilən bodibildinq və fitnes-bikini üzrə çempionatın qalibi Salatın Əsədova olub.
Ümumilikdə 31 atletin iştirak etdiyi yarışda fitnes-bikini kateqoriyasında əla bədən nümayiş etdirərək qalib gələn Salatın Əsədova deyir ki, bu uğurları asanlıqla əldə etməyib.
S.Əsədovanın 25 yaşı var. Bakıda doğulub. Bildirir ki, artıq 5 ildir fitneslə məğul olur. Həm peşəkar idmançı, həm də məşqçi kimi çalışır.
Milli.Az oxu.az-a istinadla 25 yaşlı üç qat Azərbaycan bodibildinq və fitnes-bikini üzrə çempion Salatın Əsədova ilə müsahibəni təqdim edir:
- Bu gün cəmiyyətdə qadının əzələli olması, kişi kimi görünməsi bir qədər qəribə qarşılanır. Qəribə baxışlar sizə narahat etmir?
- Sizinlə razıyam. Amma xeyr, narahat etmir. Güzgüdə özümü görəndə bu, mənə xoş təsir bağışlayırsa, kənar şəxslərin fikirləri mənim üçün maraqlı deyil. Xüsusilə o kəslərin ki, onları həyatımda yalnız bir dəfə görəcəyəm.
- Ailəniz bu işə necə baxır?
- Sözün düzü çox istərdim ki, ailəm dəstəkləyir deyim. Başlanğıcda ailəm nəinki dəstək olmaq, heç bu işlə məşğul olmağımı da istəmirdi. Məni bu işdən əl çəkməyə vadar edirdilər. Amma zamanla uğur qazandığımı gördülər. İlk dəfə 2017-ci ildə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunan bodibildinq və fitnes-bikini üzrə çempion oldum. Düzdür, bir müddət, daha dəqiq desək, 2 ilə yaxın idmana ara verdim. Lakin buna baxmayaraq, yenidən qalib olmaq çox xoş hissdir.
- Müsahibələrinizdən birində məşq proseslərinizi porno saytlara yükləyənləri şikayət edəcəyinizi demisiniz. Həmin görüntüləri görmüsünüzmü?
- Əslində, sözügedən görüntülər barədə elə həmin müsahibə zamanı öyrəndim. Özüm o videoları görməmişəm. Heş ətrafımda da elə bir insan olmayıb ki, mənə həmin görüntülərlə bağlı link atsın. Əgər həqiqətən də belə bir hal baş veribsə, görüntüləri mənə göndərsinlər. Qanun çərçivəsində bu işi görən şəxslərin cəzalanması üçün aidiyyəti orqanlara müraciət edim. Digər tərəfdən də videoların məşq prosesində çəkildiyini deyirlər. Vallah, belə pis çıxmasın, məşq zamanı mən qantel qaldırıram. Deməli insanlar porno saytlardan o qədər bezib ki, artıq idmançıların qantel qaldırmasından zövq alırlar (gülür). Başqa nə deyə bilərəm ki?!
- Deyilənə görə, sinənizdə cərrahi əməliyyat gerçəkləşdirmisiniz, doğrudurmu?
- Bunu demək olar ki, bodibildinqlə məşğul olan əksər xanımlar edir. Bəli, sinəmə silikon qoyulub. Amma bu, sadəcə olaraq, sinəmin öz formasını qaytarmaq üçün edilib. Heç bir böyütmə və ya qabarıq görüntü yaratmaq üçün deyil.
- Bəyləri maraqlandıran suala keçək. Salatın Əsədovanın sevgilisi var?
- Bu sualı son vaxtlar inanılmaz dərəcədə çox eşidirəm (gülür). Xeyr, həyatımda heç kim yoxdur. Bir dəfə möhkəm aşiq olmuşam, amma alınmayıb. Növbəti dəfə məni özünə aşiq edəcək insan hələ qarşıma çıxmayıb.
- Bəs sevgili kriteriyalarınız nədir ki, elə biri hələ rastınıza çıxmamış olsun?
- Sarışın, rəngli gözləri olan, hündürboy. Əslində, bilirsiniz, istənilən qadın yanında elə bir bəyin dayanmasını istəyər ki, onun qazandığından daha çox qazansın. Pul olmayanda, sevgi də, eşq də uğursuz olur.
- Klassik geyimlər, toy libasları seçərkən çətinlik olur?
- Əksinə, klassik geyimlərin mənə çox yaraşdığına dair təriflər eşidirəm. Bu geyimlərdə fotosessiyalarım olub. O qədər kobud görüntü olduğunu hiss etmirəm.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
İsmail Kartal yoxa çıxdı
XƏBƏR LENTİ
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)





