İdman

“Game of Thrones” personajları futbolçular olarsa...

18 Aprel 2019 20:00
0 Şərh     Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14 apreldə 7-ci mövsümünün final bölümünün üzərindən 1 il 7 ay 19 gün keçdikdən sonra məşhur ABŞ serialı "Taxt Oyunları"nın ("Game of Thrones") sonuncu 8-ci mövsümü yayımlanıb.

Milli.Az xəbər verir ki, İrlandiya xəbər saytı joe.ie-nin jurnalisti Reuben Pinder serialın qəhrəmanlarını bəzi futbolçu futbol adamları ilə müqayisə edib. Həmin siyahını təqdim edirik.

11. Arya Stark - N`Qolo Kante. Arya kiçik yaşlarından bəri döyüşçü kimliyi ilə ön plana çıxıb. Davamlı olaraq savaşdı, özünü inkişaf elətdirdi. Bu günə qədər mənfi xüsusiyyəti görülmədi. Kante kimi çalışqan, əzmli, istəkli biridir.

10. Con Snou - Stiven Cerrard. İkisi də lider xarakterli. Cerrard "Liverpul"un kapitanı idi, Snou isə şimalın. İkisi də ordusunu böyük savaşlara çox yaxşı hazırlayırdı. Con "Bastardların döyüşü" üçün ordusunu hazırlayarkən, eyni şəkildə Stiven İstanbuldakı Çempionlar Liqası finalı üçün komandasını hazırladı və hər ikisi qalib oldu. Bütün ordu, komanda iki kapitanın arxasından getdi.

9. Ceyme Lannister - Kriştianu Ronaldu. Ceyme eynilə Kriştianu kimi bütün həyatını oyunun ən acımasız adamı olmaq üçün yaşadı. Mükəmməli istədi və heç bir rəqibinə acımadı. Bəzi insanlar sevməsə də, hörmət edirlər. Çünki hədəfi bəllidir.

8. Petir Beyliş - Mino Rayola. Ağıl qarışdırmada Petirdən yaxşısı yoxdur, Mino xaric. Ulduz futbolçuların ağlını gözəlliklə tovlayan Rayola kimi Beyliş də ağıl qarışdırıb döyüşün tarazlığı ilə oynayır.

7. Stannis Barateon - Joze Mourinyo. İkisinin də istedadına şübhə yoxdur. Qazandıqları zəfərlər ortadadır. Ancaq ikisinin də bir az insan idarəetmə problemi var. Buraxdıqları səhvlərdən dərs çıxarmırlar.

6. Semvel Tarli - Maykl Karrik. Tam bir vəzifə, tapşırıq adamı. Bu obrazların haqqı tam da ödənmir. Ulduz deyillər, ön planda olmazlar. Amma onlarsız heç bir döyüş və matç qazanılmaz.

5. Dağ (The Mountain) - Adebayo Akinfenva. Hər şey ortada. Başqa belə bir futbolçu yoxdur.

4. Varis - Zinədin Zidan. Ən yaxşı taktikanı edən döyüşü qazanır. Möhtəşəm insan rəhbərliyi, oyunu hər tərəfli düşünmək və fəlsəfəni bütün komandaya yaymaq. İkisinin də keçəllik xaricində çox bənzərliyi var.

3. Deyeneris Tarqariyen - Yaya Ture. Əjdahaların anası, Ture kimi karyerasının böyük bir qismini başqalarının kölgəsi altında keçirdi. Sonradan elə açılışdı ki, gəl görəsən. Yayanın tək bir əksiyi var, onun əjdahaları yoxdur.

2. Serseya Lannister - Florentino Peres. Ən təpədə qalmaq üçün bəzi caniliklər edirlər. Təhdid desən, ikisində də var. Tənqid olunmamaq üçün lazımlı, lazımsız pullar xərcləyərlər. Amma nəhayətdə baxınca zirvədə bu ikisi olur.

1. Tirion Lannister - Lionel Messi. Tirionun eynilə Lionel kimi lüks həyat tərzində gözü yoxdur. İstəsə edə bilərmi? Əlbəttə, edər. Amma göstərişli dünyanı sevmirlər. Qısa boylarına baxmayaraq, hər ikisi də çempion ürəklidir.

Əliş Abdula
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.