İdman

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Səbail"ə qarşı

15 Mart 2019 10:32
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla da çempionatda 3-cü dövrəyə yekun vurulacaq.

İlk olaraq "Sabah" "Sumqayıt"ı, "Zirə"  isə "Keşlə"ni qəbul edəcək

Turun digər matçında ikinci yerdə olan "Qarabağ" üçüncü pillədə yer alan "Səbail"in qonağı olacaq. Ağdam klubu qələbə qazanaraq, liderlik uğrunda mübarizəni davam etdirmək istəyir. "Səbail" isə ona yaxınlaşan "Qəbələ"nin çatmaması üçün ən azı heç-heçəyə çalışacaq.

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son oyunda lider "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Yenidən vahid lider olan "Neftçi"   bu mövqeyini qorumağa çalışacaq. "Qəbələ" isə "Səbail"lə xal fərqinin ən azı artmamağı üçün oynayacaq.

15 mart (cümə)

16:00. "Sabah" - "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena

16:00. "Zirə" - "Keşlə"
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

16:45. "Səbail" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena

19:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Bakcell Arena

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.