İdman

"Qələbə istənilən halda şirindir” – Riçard Almeyda

17 Fevral 2019 22:22
0 Şərh     Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqanın 17-ci turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı milliləşdirilmiş futbolçu əvvəlcə qələbəni şərh edib.

- Vacib oyunda qələbə istənilən halda şirindir. Birinci hissədə rəqibdən daha yaxşı oynadıq. Amma qəbul etməliyik ki, ikinci yarıda "Qəbələ" bizdən üstün idi. Futboldur, əsas odur ki, 3 xal qazandıq.

- Bir qədər fərqli sual verəcəyəm. Adətən oyun vaxtı futbolçunun üzərində olan qızıl əşyaları hakimlər çıxartdırırlar. Qulağınızdakı sırğaya indiyə qədər nəsə deyən olub?

- (Gülür). Bu, özəl hədiyyədir. Amma təbii ki, oyun vaxtı çıxarıram.

- "Neftçi" ilə xal fərqi birə endi. Necə düşünürsünüz, "Neftçi"ni təqribən nə vaxt keçə bilərsiniz?

- "Neftçi" bu mövsüm həqiqətən çox baxımlı, yaxşı futbol sərgiləyir. Ona görə də rəqibə hörmətlə yanaşırıq. Üstəlik, lider olaraq qalırlar. Dünən "Zirə"yə qarşı çox yaxşı oyun göstərdilər, ancaq xal itirdilər. Futbol elədir ki, hər zaman qələbə qazanmaq olmur. Dünən toplantıda məşqçimiz bizə statistikanı xatırlatdı ki, "Qəbələ" ötən ildən bəri uzun müddətdir uduzmurdu. Bunu da nəzərə almaq lazımdır. Siz də gördünüz ki, bu gün nə qədər çətinlik çəkdik.

- Bu gün "Qarabağ" hansı komponentdə "Qəbələ"ni üstələdi ki, yekunda 3 xal qazandı?

- Futbolda bəzən bəxt amili də rol oynayır. Amma hər şeyi sırf buna da bağlamazdım. Xüsusilə ilk hissədə Filip, Dani ilə imkanlarımız oldu. İkinci yarıda bir az səbrsiz oynadığımızı qeyd edərdim. Ancaq meydanda əlimizdən gələni etdik.

- Bəlkə, sadəcə "Qəbələ"nin Almeydası yox idi...

- Yox, onların da Camalov, Monroz, Adeniyi, Rauf kimi yaxşı oyunçuları var. "Qəbələ" həqiqətən yaxşı komandadır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.