İdman

Argentina, Çili, Paraqvay və Uruqvay DÇ-2030-u keçirmək üçün müraciət edəcək

15 Fevral 2019 07:55
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çili prezidenti Sebastyan Piyenra Argentina, Çili, Paraqvay və Uruqvayın 2030-cu ildə futbol üzrə Dünya çempionatını keçirmək üçün ortaq ərizə ilə müraciət edəcəklərini bildirib.

Milli.Az report-a istinadən bildirir ki, o, bu barədə "Twitter"də yazıb.

"Bir neçə ay əvvəl mən Argentina, Uruqvay və Paraqvay prezidentlərinə Çilini ərizəyə daxil etməyi və onu 2030-cu il üçün birgə təqdim etmək fikrini irəli sürdüm. Təklif qəbul olundu", - deyə o bildirib.

Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdirklərini bildirib. Ölkələr DÇ-nin keçirilməsi ilə ilk Dünya çempionatının 100 illiyini qeyd etmək istəyirlər.

Xatırladaq ki, bu, 2030-cu ildə Uruqvayda baş vermişdi.

Qeyd edək ki, 2026-cı ildən Dünya Kubokunda iştirak edənlərin sayı 48-ə çatacaq. Yeni formatda ilk Dünya Kuboku ABŞ-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.