İdman

"Liverpul" liderliyə yüksəldi - Rəqibini darmadağın etdi - VİDEO - FOTO

10 Fevral 2019 09:29
0 Şərh     Baxış: 1 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" futbol klubu İngiltərə Çempionatının 26-cı turu çərçivəsində "Bornmut" üzərində böyük hesablı qələbə qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Enfild" stadionunda keçirilən oyun 3:0 hesabı ilə yekunlaşıb. Qolları Sadio Mane (24-cü dəqiqə), Corcinyo Veynaldum (34) və Məhəmməd Salah (48) vurub.

Bu oyundan sonra "Liverpul" yenidən turnir cədvəlinə başçılıq edir (65 xal). Komandanı 3 xal fərqi ilə "Mançester Siti" izləyir (bu gün "Çelsi" ilə qarşılaşacaq).

"Bornmut" 33 xalla 11-ci yerdə qərarlaşıb.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.