İdman

Azərbaycanın iki idmançısını Çeçenistanda nokauta saldılar

4 Fevral 2019 15:30
0 Şərh     Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistanın paytaxtı Qroznıda FFC Liqasın təşkil etdiyi qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnir başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu yarışda yerli idmançılarla yanaşı, Azərbaycan və Qırğızıstandan olan MMA döyüşçüləri də iştirak edib.

Lakin iştirakçı olan Azərbaycanın iki döyüşçüsü də texniki nokautla uduzub. Belə ki, Əli Məmmədəli Xalid Satuyevə, Bəhruz Əhmədov isə Əhməd Yasayevə məğlub olub. Hər iki idmançımız yalnız bir raund rəqibinə tab gətirə bilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.