İdman

"Vaxt çatıb, getməyim gərəkdir" - Canlı əfsanə ağlayaraq vidalaşdı - VİDEO - FOTO

11 Yanvar 2019 10:00
0 Şərh     Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur tennisçilərindən biri, şotlandiyalı ser Endryu Berron Marrey bu mövsüm peşəkar karyerasını başa vurmaq niyyətində olduğunu deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, tennis üzrə kişilər arasında tarixdə yeganə ikiqat Olimpiya çempionu, "Böyük dəbilqə" turnirinin üçqat çempionu, Britaniya yığmasının heyətində Devis Kubokunu qazanmış 31 yaşlı tennisçinin dediyinə görə, Uimbldon turnirini başa vurandan və builki "Böyük dəbilqə" turniri başa çatandan sonra kortları tərk edəcək.

O, səbəb kimi sağ baldırındakı güclü ağrılar olduğunu deyib. Bu problemə görə Marrey əməliyyat da olunmuşdu.

"Komandamla danışdım və dedim ki, artıq davam edə bilmirəm. Haradasa dayanmalıyam. Bu ağrının nə zaman kəsiləcəyini bilmirəm. Ümid edirəm ki, Uimbldona qədər dözərəm, çünki karyeramı məhz orada başa vurmaq istəyirəm. Amma əmin deyiləm ki, buna nail olacağam, - göz yaşlarını saxlaya bilməyən Endi Marrey mətbuat konfransında deyib. - Müəyyən səviyyədə çıxış etməyə davam edərəm. Amma mən istəyən səviyyə olmayacaq. Əsas isə odur ki, ağrı, həqiqətən də, çox ciddidir. Karyeramı belə davam etdirmək istəmirəm. Situasiyanı düzəltmək üçün faktiki olaraq hər şeydən istifadə etdim, alınmadı".

Endeyu Marreyin dediyinə görə, hazırda qatıldığı "Australian Open" son turniri ola bilər. Ağrıya görə dörd və ya beş ay da çıxış edəcəyinə əmin olmayan Marrey bildirib ki, baldırında növbəti ciddi əməliyyat olacaq.

"Kortlara qayıtmaq üçün yox, normal yaşamaq üçün əməliyyat olunmaq istəyirəm", - Marrey söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.