İdman

Həbib Nurmaqomedov UFC reytinqində geriləyib

11 Yanvar 2019 03:30
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə yeni reytinqi açıqlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rusiyalı Həbib Nurmaqomedov reytinqində bir pillə geriləyib. Otuz yaşlı samboçu üçüncü pilləyə enib. O, yerini ABŞ idmançısı Con Consa verib. İlk sırada isə amerikalı Deniel Kormye qərarlaşıb.

Konor Makqreqor da bir pillə geriləyib, o hazırda 9-cu yerdədir.

Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.