İdman

Mourinyoya ilk dəstək Qvardioladan: Yanındayam!

19 Dekabr 2018 18:04
0 Şərh     Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola, "Mançester Yunayted"də baş məşqçi postundan göndərilən Joze Mourinyoya dəstək olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Mourinyonun "qırmızı şeytanlar"dan ayrılmasıyla bağlı İngiltərə mətbuatına danışan Qvardiola, portqualiyalı mütəxəssisin yanında olduğunu deyib:

"Mən Mourinyonun yanındayam. Bütün baş məşqçilər yalnız adamlardır. Bizə qələbə qazanaq deyə, müqavilə təklif edirlər. Qələbə qazana bilməyəndə isə nə olduğunu görürsüz. Mourinyonun nə hiss etdiyini yaxşı bilirəm.

Biz məşqçilər bəzən özümüzü çox yalnız hiss edirik. Bütün təzyiqlər üzərimizdə olur. Mourinyo güclü olaraq, yenidən qayıdacaq. Onunla təkrar rəqib olacağımıza inanıram".

"Mançester Yunayted" uğursuz nəticələrdən sonra baş məşqçi Mourinyonu istefaya göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.