Moskvada "Xəzər-Lənkəran"la "Qarabağ"ın yoldaşlıq oyunu - XL-in kapitanından hakimə şillə kimi cavab - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 21-də Moskvada "Xəzər-Lənkəran" (Moskva) və "Qarabağ" (Moskva) komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Milli.Az xəbər verir ki, Moskvanın "Kuntsevskaya" stadionunda keçirilən oyundan öncə Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib. Daha sonra Krımdakı Kerç şəhərində terror aktı zamanı həyatını itirmiş insanların xatrisənin bir dəqiliqəlik sükutla yad edilib.
Görüş isə hər iki komandanın ehtiyatlı, kəşfiyyat xarakterli oyunu ilə başlayıb. Qapıya ilk zərbə "Xəzər-Lənkəran"dan gəlib. Oyunun 14-cü dəqiqəsində isə XL hesabı açıb. Lakin cəmi 2 dəqiqə sonra "Qarabağ" hesabı bərabərləşdirib - 1:1. Qarşılıqlı hücumlarla davam edən oyunun 25-ci dəqiqəsində lənkəranlılar yenə önə keçibblər. Lakin künc zərbəsindən sonra XL-in qapıçısının kobud səhvi ucbatından top birbaşa qapıya daxil olub və hesab yenidən bərabərləşib. Az sonra hakim nominal ev sahiblərinin qapısına penalti təyin edib və bu dəfə "Qarabağ" hesabda irəli keçib - 2:3.

Lakin maraqlıdır ki, hakim matçın 38-ci dəqiqəsində cərimə meydançasında aşkar kobudluğa baxmayaraq, "Qarabağ"ın qapısına penalti təyin etməyib. Halbuki təkbətək epizodda XL-in oyunçusunun ayağına topsuz mudaxilə vardı. Lakin hakim oyuna davam işarə verib. Oyunun 44-cü dəqiqəsində yenə də XL-in qapıçısının inamsız oyunu qolla nəticlənib və "Qarabağ" artıq 2 top fərqi ilə önə keçib. İlk hissə 2:4 hesabı ilə başa çatıb.
İkinci hissə yenə "Xəzər-Lənkəran"ın inamlı oyunu və hücumları ilə başlayıb. Nəticəsədə XL 64-cü dəqiqədə hesabda fərqi azalda bilib. Lənkəranlılar hücumları davam etdirərkən "Qarabağ" hesabı qorumaq baradə düşünür, daha çox müdafiə olunur və əks hucümlara beş bağlayırdı. Oyunun 76-cı dəqiqəsində hakim yenidən diqqət mərkəzinə düşüb. O, bu dəfə də "Xəzər-Lənkəran"ın hücumçusunun cərimə meydançasında yıxmalarına baxmayaraq yenə də penalti təyin etməkdən vaz keçib. Nəticədə "Qarabağ" hesabı bərabərləşdirmək üçün var gücü ilə hücuma atılan XL-i əks hücumda yaxalayıb və matçın 90-cı dəqiqəsində hesabı 3:5 edib. Oyun bu hesabla da bitib.

"Xəzər-Lənkəran"ın kapitanı Elnur Babayev Milli.Az-a bildirib ki, oyun bitən kimi hakim Nikolay Antonoviç Yuryevets ona yaxınlaşıb və gülərək deyib ki, həmin epizodda, həqiqətən də, penalti var idi, sadəcə, təyin etməkdən çəkinib. XL-in kapitanı isə ona belə cavab verib: "Çəkinəsi heç nə yox idi. Penaltini verməli idiniz. Özü də iki epizodun hər ikisində. Əgər bu oyun Lənkəranda keçirilsəydi, azarkeşlər bu cür idarəetməyə görə sizi stadiondan sağ çıxmağa qoymazdılar".
Qeyd edək ki, bu ildən etibarən Moskvada həvəskarlar arasında keçirilən "Urban Cup" Kubokunda çıxış edən "Xəzər-Lənkəran" (Moskva) komandası elə ilk mövsümdəcə turnirin yarımfinalına kimi yüksələ bilib. Lənkəranlılar yalnız finalın bir addımlığında özü oyundan sonrakı penaltilərin nəticələrinə əsasən yarışı dayandırmalı olublar.
"Qarabağ" (Moskva) komandası ilə rəqiblərinə nisbətən daha təcrübəlidir. Qarabağlılar Rusiyada 3 dəfə NFL-in (НФЛ - Нагатинская Футболная Лига) cempionu, bir dəfə isə "Urban" kubokunun qalibi olublar.
Zəfər Tağı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Beşiktaş” və “Trabzonspor” avrokuboklarda qələbə qazandı
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın açıqlaması
-
Rusiyalı azarkeş oğlunun yanında can veribmiş - (Yenilənib/Foto)
-
"Sabah"a 2 qol vuran Qordon ÇL-də həftənin ən yaxşısı seçilib
XƏBƏR LENTİ
-
Kəmalə Günəşli: "Danimarkada heykəlimi qoyublar, mənə "çuşka" deyirsiniz" (Video)
-
Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?
-
“Beşiktaş” və “Trabzonspor” avrokuboklarda qələbə qazandı
-
İşə maşınla gedənlərin diqqətinə
-
Fira Cəlilovanın bağ evinə basqın: 30 minlik qızılları oğurlandı (Video)
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)





