Moskvada "Xəzər-Lənkəran"la "Qarabağ"ın yoldaşlıq oyunu - XL-in kapitanından hakimə şillə kimi cavab - FOTO

22 Oktyabr 2018 14:15

Oktyabrın 21-də Moskvada "Xəzər-Lənkəran" (Moskva) və "Qarabağ" (Moskva) komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Milli.Az xəbər verir ki, Moskvanın "Kuntsevskaya" stadionunda keçirilən oyundan öncə Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib. Daha sonra Krımdakı Kerç şəhərində terror aktı zamanı həyatını itirmiş insanların xatrisənin bir dəqiliqəlik sükutla yad edilib.

Görüş isə hər iki komandanın ehtiyatlı, kəşfiyyat xarakterli oyunu ilə başlayıb. Qapıya ilk zərbə "Xəzər-Lənkəran"dan gəlib. Oyunun 14-cü dəqiqəsində isə XL hesabı açıb. Lakin cəmi 2 dəqiqə sonra "Qarabağ" hesabı bərabərləşdirib - 1:1. Qarşılıqlı hücumlarla davam edən oyunun 25-ci dəqiqəsində lənkəranlılar yenə önə keçibblər. Lakin künc zərbəsindən sonra XL-in qapıçısının kobud səhvi ucbatından top birbaşa qapıya daxil olub və hesab yenidən bərabərləşib. Az sonra hakim nominal ev sahiblərinin qapısına penalti təyin edib və bu dəfə "Qarabağ" hesabda irəli keçib - 2:3.

Lakin maraqlıdır ki, hakim matçın 38-ci dəqiqəsində cərimə meydançasında aşkar kobudluğa baxmayaraq, "Qarabağ"ın qapısına penalti təyin etməyib. Halbuki təkbətək epizodda XL-in oyunçusunun ayağına topsuz mudaxilə vardı. Lakin hakim oyuna davam işarə verib. Oyunun 44-cü dəqiqəsində yenə də XL-in qapıçısının inamsız oyunu qolla nəticlənib və "Qarabağ" artıq 2 top fərqi ilə önə keçib. İlk hissə 2:4 hesabı ilə başa çatıb.

İkinci hissə yenə "Xəzər-Lənkəran"ın inamlı oyunu və hücumları ilə başlayıb. Nəticəsədə XL 64-cü dəqiqədə hesabda fərqi azalda bilib. Lənkəranlılar hücumları davam etdirərkən "Qarabağ" hesabı qorumaq baradə düşünür, daha çox müdafiə olunur və əks hucümlara beş bağlayırdı. Oyunun 76-cı dəqiqəsində hakim yenidən diqqət mərkəzinə düşüb. O, bu dəfə də "Xəzər-Lənkəran"ın hücumçusunun cərimə meydançasında yıxmalarına baxmayaraq yenə də penalti təyin etməkdən vaz keçib. Nəticədə "Qarabağ" hesabı bərabərləşdirmək üçün var gücü ilə hücuma atılan XL-i əks hücumda yaxalayıb və matçın 90-cı dəqiqəsində hesabı 3:5 edib. Oyun bu hesabla da bitib.

"Xəzər-Lənkəran"ın kapitanı Elnur Babayev Milli.Az-a bildirib ki, oyun bitən kimi hakim Nikolay Antonoviç Yuryevets ona yaxınlaşıb və gülərək deyib ki, həmin epizodda, həqiqətən də, penalti var idi, sadəcə, təyin etməkdən çəkinib. XL-in kapitanı isə ona belə cavab verib: "Çəkinəsi heç nə yox idi. Penaltini verməli idiniz. Özü də iki epizodun hər ikisində. Əgər bu oyun Lənkəranda keçirilsəydi, azarkeşlər bu cür idarəetməyə görə sizi stadiondan sağ çıxmağa qoymazdılar".

Qeyd edək ki, bu ildən etibarən Moskvada həvəskarlar arasında keçirilən "Urban Cup" Kubokunda çıxış edən "Xəzər-Lənkəran" (Moskva) komandası elə ilk mövsümdəcə turnirin yarımfinalına kimi yüksələ bilib. Lənkəranlılar yalnız finalın bir addımlığında özü oyundan sonrakı penaltilərin nəticələrinə əsasən yarışı dayandırmalı olublar.

"Qarabağ" (Moskva) komandası ilə rəqiblərinə nisbətən daha təcrübəlidir. Qarabağlılar Rusiyada 3 dəfə NFL-in (НФЛ - Нагатинская Футболная Лига) cempionu, bir dəfə isə "Urban" kubokunun qalibi olublar.

Zəfər Tağı
Milli.Az