İdman

“Messi olmasa, “Barselona” 10-cu pillədə olar”

16 Oktyabr 2018 20:58
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın keçmiş məşqçisi Anxel Kappa Lionel Messi haqqında maraqlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına danışan Kappa, Messi olmasa, "Barsa"nın La Liqada 10-cu yerdə olacağını deyib:

"Messi olmasa, "Barselona" mövsümün sonunda turnir cədvəlində 10-cu pillədə olar. Messi Allah deyil, Argentina millisi üçün vacib futbolçulardandır. Ancaq yığmanın lideri ola bilməz".

Kataloniya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi olan Messi, bu mövsüm "Barsa" forması ilə iştirak etdiyi 11 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.