İdman

Cüdoçumuz bürünc medal qazanıb

28 İyul 2018 21:31
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 326 kişi və 182 qadın olmaqla, ümumilikdə, 508 cüdoçunun qüvvəsini sınadığı yarışda Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.