İdman

Uşaqlar üçün futbol üzrə master-klass keçirilib - FOTO

13 İyun 2018 20:20
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib.

IDEA İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.

Milli yığma komandamızın futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyev tərəfindən keçilən ustad dərslərinə 60-a yaxın uşaq qoşulub.

Millimizin oyunçuları master-klassın əvvəlində öz dəyərli məsləhətlərini uşaqlarla bölüşüb, peşəkar futbolçu olmaq üçün vacib olan amillərdən bəhs ediblər. Daha sonra qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edən millimizin qapıçısı Kamran Ağayev gələcək həmkarları ilə öz təcrübələrini bölüşüb. Yığma komandamızın ən texnikalı oyunçularından olan yarımmüdafiəçi Cavid İmamverdiyev və öz həlledici qolları ilə azarkeşlərə sevinc bəxş edən hücumçu Ruslan Qurbanov uşaqların böyük marağına səbəb olan müəyyən fəndlər göstərmiş, onlara topla hərəkət texnikasının, driblinqlərin, ötürmələrin, həmçinin topu qaytarmaq məqsədilə tətbiq edilən pressinqlərin yaxşılaşdırılması yollarını nümayiş etdiriblər.

Ustad dərslərinin yekununda "kiçik futbolçular" futbol üzrə Azərbaycan yığmasının oyunçuları ilə birgə futbol oynayıblar.

Sonda master-klassa qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar xatirə hədiyyələri qismində təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.