İdman

“Keşlə”nin məşqçisi futbolçunun valideynlərini söydü - İDDİA

14 Mart 2018 12:58
1 Şərh     Baxış: 703

Dünən baş tutan "Keşlə" - "Qəbələ" matçı xoşagəlməz olayla da yadda qaldı. Premyer Liqanın heç-heçə (1:1) başa çatan bu oyununun gedişində məşqçi - futbolçu davranışının eybəcərliyi üzə çıxdı.

Milli.Az futbolinfo-ya istinadən xəbər verir ki, uşaq futbolunda adət etdiyimiz futbolçunun təhqir edilməsi olayı bu dəfə 20-ci tur matçında yaşandı. Və yenə baş rolda yaşlı-başlı məşqçi idi.

"Keşlə"nin qapıçılar üzrə məşqçisi Cəmaləddin Əliyev adəti üzrə yenə oyunu tribunadan izləyirdi. O, media sektorunun aşağısında, komandasının ehtiyat oyunçular skamyasının arxasında futbolçulara göstəriş verirdi.

32-ci dəqiqədə meydan sahiblərinin gənc oyunçularından olan Cabir Əmirli arxaya ötürmə verərkən səhv etdi. Onun müdafiəçilərə göndərmək istədiyi top rəqib futbolçu Baqali Daboya düşdü və hücumçu hesabı açdı. Qola kimi isə Cabirin valideynləri söyülmüşdü. O, səhv ötürmə edən kimi epizoda reaksiya verən Cəmaləddin Əliyev "Sənin..." deyərək futbolçunun valideynlərini təhqir etdi və müdafiəçi fasilədə əvəzləndi. Yazılması mümkün olmayan bu sözləri yaxın ətrafdakı bütün insanlar eşitdi.

Cabir Yuri Maksimovun gəlişindən sonra mütəmadi əsas heyətə düşür. Düzdü, onun oynamasında limitə uyğun olması da rol oynayır. Bununla belə, Əmirli heç də komandanın ən zəif bəndi deyil. Qoldakı səhvini çıxsaq, "Qəbələ"nin sol cinah oyunçuları onun oyunundan çox əziyyət çəkdi. Cabir 2 epizodda az qala məhsuldar ötürmə müəllifi olacaqdı, amma hücumçular dəqiq oynamadı.

İstənilən halda, səhvlər qaçılmazdı, xüsusilə yeniyetmə biri üçün hətta normaldı. Lakin Əliyev kimi məşqçilər onları yetişdirmək, inkişaf etdirmək üçün yalnız söymək bacarığına malikdi. 21 yaşlı Əmirli 58 yaşlı Əliyevdən yalnız təhqir öyrənə bilər...

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nahit · 14 Mart 14:2810

    Yaziq meşqçi neynesin, uşaqlıqdan ele görüb de. onu anasını, atasını, nenesini, babasını, xalasını, bibisini, bacısını, arvadını, qızını, yeni bütün neslini söyübler deye o yazıq da ele bilir ki, duzgun ötürme etmedinse anan söyülmelidi. neynesin bedbaxt adam, türkler demiş kusura baxmiyin. Sadece nece deyerler boynu qoltuq dibi görmeyib ona göre de dersin veren olmayıb indiyene kimi ve ictimai yerde söyüş söymeyin terbiyesizlik olmasini da deyen olmayib. en azi ailede terbiye vereni olmuyub. belke detdom uşagi olub ona göre. amma yox, orda da terbiye vermeliydiler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.