İdman

"Qarabağ”dan xal almağa çalışdıq, ancaq bacara bilmədik" - Ayxan Abbasov

10 Mart 2018 23:29
0 Şərh     Baxış: 587

"Çətin oyun oldu. Bunu gözləyirdik. Çalışdıq ki, xal qazanaq, ancaq bacara bilmədik. "Qarabağ" səhvi bağışlamır. Bu barədə futbolçulara məlumat vermişdim. İkinci hissədə bəzi dəyişiklər etdim. Bunun xeyri olsa da, "Qarabağ"ın müdafiəsini yarmaq çox çətindir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.

Qış fasiləsindən sonra qələbə qazana bilmədiklərini xatırladan gənc mütəxəssis növbəti oyunlarda qalib gələrək, bu vəziyyətdən çıxmağa çalışacaqlarını vurğulayıb.

Abbasov komandasının cinahlarında dəyişiklik etməklə səhvə yol verdiyinə dair fikirlərlə razılaşmayıb:

"Xeyr, səhv etdiyimi düşünmürəm. Biz hər oyunda futbolçuları dəyişirik. Bu gün müdafiədə daha yaxşı olan oyunçulara üstünlük vermişdik. Çalışmışdıq ki, zonaları bağlayaq. Sıx qrafikdi. 4 gün sonra yenə oyunumuz var. Buna görə, bəzi dəyişikliklər etdik".

Baş məşqçi Elşən Abdullayevi erkən əvəzləməsinin onun oyunundan narazı qalması ilə əlaqələndirib:

"Bəli, oyunundan narazı qaldım ki, dəyişdim".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.