İdman

Harri Keyn: "Erkən qollar bizi "sındıra" bilərdi"

14 Fevral 2018 10:34
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Buraxdığımız erkən qollar bizi "sındıra" bilərdi. Axı səfərdə, böyük arenada oynayırdıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Tottenhem" klubunun hücumçusu Harri Keyn deyib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Yuventus"un qonağı olan İngiltərə təmsilçisi 2:2 hesablı heç-heçə edib. "Tottenhem" matçın əvvəlində hesabda 2 top fərqilə geri düşsə də, oyunun gedişatını dəyişməyi bacarıb.

UEFA-nın rəsmi saytına danışan Keyn görüşlə bağlı fikirlərini bildirib. O, Turindən yaxşı nəticə ilə qayıtdıqlarını deyib: "İki top buraxdıqdan sonra hesabı bərabərləşdirməyimiz komandanın xarakterini göstərir. Səfərdə iki dəfə fərqlənmək əla nəticədi. Əslində, daha tez qol vurmalı idim. Başla zərbə vurduğum epizodu nəzərdə tuturam. Həmin məqamda rəqib qapıçı istəyimə mane olsa da, növbəti epizodda fərqlənməyi bacardım. Dele Alli mənə gözəl ötürmə verdi və bunu dəyərləndirə bildim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.