İdman

Çeyz Kerri: "Bakı bizim strategiyamız, azarkeş bazamızı artırmaq üçün çox əhəmiyyətlidir”

13 Fevral 2018 12:49
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məqsədimiz dünyanı təmsil edən şəhərləri tanıtmaqdır. İnsanlar yarışı izləyəndə "ora getmək istəyirəm" deməlidir. Bakı bizim strategiyamız, azarkeş bazamızı artırmaq üçün çox əhəmiyyətlidir. 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri Heydər Əliyev Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfransdakı çıxışında deyib. "Formula-1" rəsmisinin sözlərinə görə, rəqəmsal dünyada yarışı insanlara daha yaxşı formada çatdırmalıdırlar: "İnsanlar yarışın həyəcanını hiss etməli, canlı izləməyə can atmalıdırlar".

Ç.Kerri idmanla əyləncəni bir arada təşkil etməyə çalışdıqlarını vurğulayıb: "İdman bir əyləncədir. Biz də şounun olmasını istərdik. Amma hər şey yarış ətrafında qurulur. Əhəmiyyətli olan budur. İnsanlar 2-3 saatlıq deyil, bir həftə üçün gəlirlər. Burada müəyyən tədbirlər də olmalıdır. Bütün işlərimiz yarışa bağlıdır. Bunun üzərinə əlavə əyləncə, yeni enerji qatmaq istəyirik. Kiçik detalları dəyişməklə həyəcanı artırmalyıq. Dəyişikliklərə davam edəcəyik. Yarışa yeni ruh qatmaq istəyirik".

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi aprelin 27 - 29-da keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.