İdman

Telekanal rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

23 Sentyabr 2017 14:18
1 Şərh     Baxış: 2 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "CBC Sport" kanalının baş direktoru Volkan Üstünün toyudur. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Volkan Üst keçmiş xanımı, türkiyəli aparıcı Özge Uzunla rəsmi nikaha girəcək. Nikah mərasimi Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək. Bundan sonra elə səfirliyin həyətində, açıq havada ziyafət təşkil ediləcək.

Qeyd edək ki, Türkiyə vətəndaşları olan Volkan Üst və Özge Uzun 10 il evli olublar və sonra ayrılıblar. Qısa müddət sonra isə onlar yenidən birlikdə olmaq qərarına gəliblər. Volkat Üst ikinci evlilik təklifini Özge Uzuna Türkiyə kanallarında birinin canlı efirində qonaq olarkən edib və müsbət cavab alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.