İdman

"Levante" İtaliya klubundan futbolçu aldı

16 Avqust 2017 23:55
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Levante" klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın "Torino" klubunda çıxış edən Saşa Lukiçi heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Levante" 21 yaşlı serbiyalı futbolçunu 1 illik icarəyə götürüb.

"Partizan"ın yetirməsi olan Lukiç peşəkar karyerasına 2013-cü ildə məhz bu klubda başlayıb. İki mövsüm Serbiyanın "Teleoptik" klubunda da icarədə oynamış yarımmüdafiəçi "Torino"ya 2016-cı ildə transfer olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.