İdman

Mourinyo öz medalını kiçik fanatına hədiyyə etdi - VİDEO

9 Avqust 2017 10:56
2 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in "Real"a məğlubiyyətindən sonra baş məşqiçi Joze Mourinyo ona verilən medalı kiçik fanatına hədiyyə edib.

Milli.Az bildirir ki, bu barədə məlumatı klubun rəsmi Twitter hesabı yayıb.

"Bəzən mən qalibiyyət medallarını belə saxlamıram, o ki qaldı məğlubiyyət medalına. Həmin an o uşağın yaddaşında əbədi olaraq qalacaq. Mən onu tanımıram. O, sadəcə, "Mançester Yunayted" forması geymiş adi bir fanat idi", - Mourinyo deyib.

Qeyd edək ki, "Real" və "Mançester Yunayted" Superkubok oyunu çərçivəsində qarşı-qarşıya gəliblər. Oyun kral klubunun 2:1-lik qalibiyyəti ilə başa çatıb. Oyunda hesabı Kasemiro açıb. İsko ikinci topu rəqib qapısından keçirib. Lukaku isə hesab arasındakı fərqi azaldıb.

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mourinyo öz medalını kiçik fanatına hədiyyə etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.