İdman

"Ayntraxt" holland müdafiəçinin transferini rəsmiləşdirdi

22 İyul 2017 13:51
0 Şərh     Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"PSV Eindhoven"in müdafiəçisi Yetro Villemsin "Ayntraxt"a keçidi rəsmiləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Frankfurt klubu holland futbolçu ilə 2021-ci ilin yayına kimi müqavilə imzalayıb. Transferə 6 milyon avro xərclənib. O, yeni komandasında 15 nömrəli forma ilə çıxış edəcək.

"Transferin başa tutması bizi məmnun edir. Tibbi müayinə ilə bağlı yubanma kiçik məsələdir. Yetronun klubda olması əsasdır. O, gənc və ambisiyalı futbolçudur. Bizim komandanı xeyli gücləndirəcək"- "Ayntraxt"ın idman direktoru Freddi Bobiç deyib.

23 yaşlı Villems Rotterdam "Sparta"sının yetirməsidir. O, 2011-ci ildən PSV-də forma geyinirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.