İdman

"Mançester Siti" 19 yaşlı futbolçu transfer edib

16 İyul 2017 15:33
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər" "Vasko da Gama"nın futbolçusu Duqlas Luizlə 5 illik müqavilə imzalayıb. Rio-de-Janeyro klubu bu transferdən 10 milyon funt qazanıb. "Siti" 19 yaşlı havbeki "Girona"ya icarəyə göndərəcək. Duqlas ötən mövsüm göstərdiyi oyunla Braziliyanın U-20 yığmasına dəvət alıb. "Siti" skautları onu Qabriel Jezuşla birlikdə kəşf etmişdilər.

"Duqlası aramızda görməkdən şadıq. O, böyük potensiala malik futbolçudur. Hər istedadını inkişaf etdirməkdə ona yardımçı olmağa çalışacaq " - ingilis klubunun idman direktoru Çiki Beqiristayn deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.