İdman

"17 futbolçunun gələcəyi sual altındadır" - Qvardiola

18 Mart 2017 14:26
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonu çox oyunçunu komandadan göndərməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu yay klubu 17 futbolçu tərk edə bilər.

Onlardan yeddisininin - Qael Klişi, Yaya Ture, Pablo Sabalete, Villi Kabalyero, Bakari Sanya, Xesus Navqas və Tosine Adarabioyo ilə mövsümün sonu başa çatan müqavilənin müddəti böyük ehtimalla uzadılmayacaq.

Hazırda başqa klublarda icarələrdə olan beş oyunçu - Co Hart, Eliakom Manqala, Samir Nəsri, Vilfrid Boni və Jezon Denayerlə də ehtimal olunur ki, yollar ayrılacaq. Bundan başqa, Serxio Aquero, Venson Kompani, Fernando, Fabian Delf və Keleçi İxeanaçonun klubdakı gələcəkləri şübhə altındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.