"Real"dan ayrılan Karlo Ançelotti yeni mövsümdən sabiq komandası "Milan"ı çalışdıra bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə təcrübəli mütəxəssisin özü açıqlama verib.
Daha öncə əməliyyat olunacağı səbəbindən bir il istirahət edəcəyini açıqlayan Ançelotti "Milan"ı çalışdıra biləcəyini deyib:
"Qalliani ilə görüşdüm. Onunla hər zaman yaxşı münasibətim olub. Bəli, karyerama bir il fasilə verəcəyimi açıqlamışdım. Hələ ki, yeni mövsümdə işləyib-işləməyəcəyimi bilmirəm. Yaxın zamanda bunu hər kəs öyrənəcək. Son qərarımı iyunun 3-də verəcəm".
Qeyd edək ki, Ançelotti 2001-2009-cu illərdə "Milan"ı çalışdırıb.
Milli.Az