Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Yuventus"a 1:2 hesabı ilə uduzan "Real" (Madrid) uğursuz seriya ilə diqqət çəkir.
Qol.az-ın məlumatına görə, Madrid təmsilçisi tarixi ərzində Avropanın mötəbər turnurinin yarımfinalının ilk matçında məğlub olduğu halda finala adlaya bilməyib.
Dünən səfərdə "Yuventus"a uduzan "kral klubu"nun cavab qarşılaşmasında həmin məğlubiyyətin əvəzini çıxıb-çıxmayacağı maraqla gözlənilir. Finala yüksəlməyəcəyi təqdirdə "Real"ın uğursuz seriyası davam edəcək.
Qeyd edək ki, "Real" və "Yuventus" arasında cavab qarşılaşması mayın 13-də Madriddə keçiriləcək.
1967/1968 mövsümü "Real" - "Mançester Yunayted" (0:1, 3:3)
1972/1973 mövsümü "Real" - "Ayaks" (1:2, 0:1)
1986/1987 mövsümü "Real" - "Bavariya" (1:4, 1:0)
2000/2001 mövsümü "Real" - "Bavariya" (0:1, 1:2)
2010/2011 mövsümü "Real" - "Barselona" (0:2, 1:1)
2011/2012 mövsümü "Real" - "Bavariya" (1:2, 2:1 Penaltilər seriyası - 1:3)
2012/2013 mövsümü "Real" - "Borussiya" (1:4, 2:0)
Milli.Az