İdman

"Qarabağ" - Kuintana gəlir, "sambaçı" gedir

27 Fevral 2015 13:13
0 Şərh     Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Transfer çalışmalarını davam etdirən "Qarabağ" hücum xəttini Dani Kuintana ilə gücləndirməyə çox yaxındır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ispaniyalının gəlişi Ağdam klubunun bir legionerinin gedişinə səbəb ola bilər.
 

Söhbət braziliyalı hücumçu Danilo Diasdan gedir. Mövsümün əvvəlində "Maritimo"dan transfer edilən 30 yaşlı "sambaçı"nın başı zədələrini sağaltmağa qarışdığından, komandaya lazımi qədər kömək edə bilmədi. İştirak etdiyi matçlarda da baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayan Dias böyük ehtimalla yayda yola salınacaq.
 

Qurbanov gələn mövsüm yarımmüdafiənin sol cinahında Kuintanaya şans verməyi düşünür və bu da Diasın əsas heyətə düşmək şansını daha da azaldır. Çox güman ki, braziliyalı ilə yeni müqavilə imzalanmayacaq.
 

Qeyd edək ki, Danilo Dias bu mövsüm "Qarabağ"ın heyətində ümumilikdə 11 oyun keçirib, 2 qol vurub. Futbolçu hər iki qolu Avrokubokda vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.