İdman

""Yunayted" istəsə, klubda qalardım"

27 Fevral 2015 10:34
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sporting"də icarə əsasında çıxış edən Luiş Nani müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"də qalmağın əleyhinə deyil.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Nani Portuqaliyaya qayıtmağının səbəbini daha çox oyun vaxtı əldə etmək istəyi ilə əlaqələndirib.
 

""Manchester United"i sevirəm. Daha çox oyun praktikası qazanmaq üçün edə biləcəyim yeganə iş başqa kluba icarəyə yollanmaq idi. Ötən mövsüm baş məşqçi dəyişikliyi və zədələrə görə çox şey alınmadı. Yeni məşqçi məni yaxşı tanımır. Hər şey dəyişilib. "Yunayted" istəsə, klubda qalardım. Düşünürəm ki, bizdə alınar. Amma burada bir sıra faktorların da təsiri var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.