İdman

"Beşiktaş"dan tarixi rekord!

27 Fevral 2015 10:10
0 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşündə Türkiyənin "Beşiktaş" klubunun azarkeşləri UEFA-nın yeni rekorduna imza atıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən "Liverpul"la matçı 63 324 azarkeş izləyib.
 

Bu isə UEFA Avropa Liqası tarixinin ən çox azarkeş sayıdır.
 

Qeyd edək ki, İngiltərədə meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatan görüşün cavab qarşılaşmasında "Beşiktaş" qalib gəlib - 1:0. Ümumi hesab bərabər olduğundan, əlavə vaxt oynanılıb. Lakin nəticə dəyişmədiyindən, komandalar penalti zərbələri yerinə yetiriblər. Yekunda "Qara qartal" 5:4 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.