İdman

"Ronaldu "Qızıl top"a layiq deyildi"

17 Yanvar 2015 13:08
2 Şərh     Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kriştianu Ronaldunun "Qızıl top" mükafatına layiq görülməsi hələ də müzakirə olunur
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatına açıqlama verən "Qalatasaray"ın qapıçısı Fernando Muslera portuqaliyalının bu titula layiq olmadığını deyib.
 
Uruqvay millisinin qolkiperinin fikrincə, "Qızıl top" "Bavariya"dakı həmkarı Manuel Noyerə verilməli idi: "Mən səsimi Noyerə verərdim. Çünki o, indi yadplanetli kimi oynayır. Fikrimcə, Noyer bu mükafata Ronaldudan çox layiq idi".
 
Muslera Kolumbiya millisinin yarımmüdafiəçisi Hames Rodrigesin vurduğu qolun ilin ən yaxşı qolu seçilməsinə də münasibət bildirib: "Hames o qolu dünya çempionatında mənə vurmuşdu. Həmin zərbə qol olmasaydı, oyun heç-heçə bitəcəkdi".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.