İdman

Mingəçevirdə 6 şəhər və rayondan olan güləşçilər yarışıblar

27 Dekabr 2014 13:30
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mingəçevir şəhərinin qurulmasının 66-cı ildönümü ilə əlaqədar yunan-roma güləşi üzrə 2000-2004-cü il təvəllüdlü idmançılar arasında respublika miqyaslı turnir keçirilib. El TV xəbər verir ki, yarışda Mingəçevir, Sumqayıt , Şirvan, Abşeron, Cəlilabad və Lənkərandan olan 130-a yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.

Gərgin keçən turnirdə Mingəçevirdən olan güləşçilər 1-ci yerə layiq görülüblər. 50 idmançı ilə yarışa qatılan Mingəçevir güləşçilərindən 17-si mükafatçılar sırasına düşməyi bacarıb. Onlardan 7-si birinci, 3-ü ikinci, 7-si üçüncü yerə layiq görülüb.

Yarışda 2-ci yerə Lənkəran, 3-cü yerə isə Şirvan güləşçiləri sahib çıxıblar. Turnirdə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən idmançılar medal və fəxri fərmanlarla təltif ediliblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.