İdman

Rüfət Dadaşovun komandası son dəqiqələrdə uduzdu

19 Oktyabr 2014 16:31
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almaniyanın Regional Liqasında 14-cü turun oyunları keçirilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun forma geydiyi "Saarbrucken" bu tur səfərdə "Hessen Kassel" klubu ilə qarşılaşıb. "Auestadion"da baş tutan matç Saar təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

Rüfət Dadaşov 77-ci dəqiqədə əvəzləmədən meydana daxil olsa da, komandası 90+2-ci dəqiqədə qapısında top buraxaraq 1 xalı əldən verib. Hazırda "Saarbrucken" turnir cədvəlində ilk pillədə olsa da, ikinci yerdə olan "Offenbach" ondan 2 oyun az keçirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.