İdman

"Qarabağ" Hollandiyaya gedir

26 Avqust 2014 12:35
1 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə cavab oyununu keçirmək üçün Hollandiyaya yollanır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Enshede səfərinə bu gün başlayır.

Ağdam təmsilçisi saat 15:00-da birbaşa reyslə hərəkət edəcək. Oyunun keçiriləcəyi Enshededə hava limanı olmadığından "Qarabağ" Almaniyaya gedəcək. Çünki şəhərə ən yaxın hava limanı Almaniyanın Münsterindədir. Təmsilçimiz buradan 1 saatlıq məsafədə olan Enshede şəhərinə yollanacaq. Komanda sabah oyunun keçiriləcəyi stadionda və vaxtda sonuncu məşqinə çıxacaq.
  

Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu avqustun 28-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.