İdman

Gəncədə "Sevinc" kubokuna start verildi

17 İyul 2014 19:01
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mini-futbol üzrə ənənəvi "Sevinc" kubokunun "Dəri top" mükafatı uğrunda keçirilən Gəncə şəhər birinciliyinə start verilib

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yarış AFFA tərəfindən salınan süni örtüklü meydançada keçirilir.
Bu cür yarışlar uşaq futbolunun inkişafına, yeni-yeni istedadların kəşf olunub ortaya çıxmasına bir töhfədir. Bu fikirlər birinciliyin açılış mərasimində səslənib. Çıxış edən natiqlər Gəncənin futbol şəhəri kimi respublikada tanındığını, bu idman növünün Nizami yurdunda sevildiyini bildiriblər. "Qoy güclü qalib gəlsin" deyən təşkilatçılar iştirakçılara uğurlar arzulayıblar.

Yarışda 18 komanda mübarizəyə qoşulub. Kollektivlər Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialını, Fiziki Hazırlıq İdman Klubunu, 1 və 2 nömrəli Uşaq Gənclər İdman Məktəbini, eləcə də Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdindəki UGİM-i təmsil edir.

Birincilik iki yarımqrupda keçirilib. Komandalar dairəvi sistem üzrə yarışırlar. Qruplarda ilk yeri tutan kollektivlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. "Sevinc" kubokuna iyulun 30-da yekun vurulacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.