İdman

Futbol zəlzələsi: "qırmızı şeytanlar"ın məşqçisi qovulur - FOTOSESSİYA

21 Aprel 2014 18:53
2 Şərh     Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İngiltərənin "Mançester Yunayted" klubu son 19 ildə ilk dəfədir ki, turnir cədvəlinin ilk dördlüyündə bərqərar olmayıb.

"Mankunianlar"ın rəhbərliyi uğursuzluqda baş məşqçi Devid Moyesin "xüsusi" əməyi olduğunu düşünür.
 

Moyesin ən yaxın günlərdə vəzifəsindən kənarlaşdıralacağı iddia olunur.

Milli.Az Daily Mirror-a istinadən bildirir ki, premyer-liqanın ötən turunda Devid Moyesin səfərdə, "Qudison Park"da sabiq komandası "Everton"la qarşılaşmadan qalib ayrıla bilməməsi "qırmızı şeytanlar"ın rəhbərliyinin səbr kasasını doldurub.
 

Həmin matç "Everton"un 2:0 qələbəsi ilə başa çatıb.

Bu minvalla "Mançester Yunayted" gələn mövsümdə Çempionlar Liqasında mübarizə aparmaq şanslarını itirib.
 

MU-nun heyətinin gücləndirilməsi, yeni transferlər üçün bu yayda 200 milyon funt-sterlinqin ayrılması nəzərdə tutulub.

Klub rəhbərliyi həmin məbləği D.Moyesə etibar etmək niyyətində deyil.
 

D.Moyes vəzifəsindən kənarlaşdırılandan sonra baş məşqçi səlahiyyətlərinin müvəqqəti icrasının Rayan Qiqqzə etibar ediləcəyi gözlənilir.

Ekspertlərin fikrincə, "Mançester Yunayted" 1990-cı ildən bəri ən pis vəziyyətdədir.
 

Bu mövsümü "mankunianlar" premyer-liqa ilə yanaşı, Çempionlar Liqası, İngiltərə və "Capital One" Kuboklarında uğursuzluqla başa vurur.

"Mançester Yunayted" Devid Moyeslə 6 illik müqavilə imzalasa da, onun vəzifəsindən kənarlaşdırılacağı təqdirdə təzminat almayacağı deyilir.

MU-nun baş məşqçisi postuna potensial namizədlər Yurgen Klopp ("Borussiya", Dortmund), Lui van Qal (Hollandiya yığması) və Dieqo Simeone ("Atletiko", Madrid") sayılırlar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.