İdman

Mançini "Qalatasaray"lı oyunçuları təhqir edib

21 Aprel 2014 15:36
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançinini Türkiyə superliqasında "Kasımpaşa" ilə matç zamanı futbolçularını təhqir edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis İstanbul klubunun öz meydanında 0:4 hesabı ilə məğlub olduğu görüşdə oyunçuları haqda xoşagəlməz ifadələr işlədib. Mançinin bu davranışı həm futbolçuları, həm də rəhbərliyi narahat edib.

Baş məşqçinin bu cür hərəkətlərinin oyunçuların həvəsdən düşməsinə səbəb olduğu bildirilir. Sözügedən qarşılaşmada məğlubiyyətdən sonra 2 günlük icazə alıb Milana gedən çalışdırıcının "Qalatasaray"dan mövsüm başa çatdıqdan sonra ayrılacağı iddia edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.