İdman

"Formula-1"də Lüis fırtınası

21 Aprel 2014 22:36
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mercedes AMG pilotu Luis Hamilton Formula-1 yarışlarında Çin Qran-prisinin qalibi olub. Britaniyalı bununla ardıcıl üçüncü qələbəsini qazanır. Onun komanda yoldaşı Niko Rosberq finişə ikinci çatsa da Hamiltonu 4 xall arxada qoyaraq çempionatda liderliyini davam etdirir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Çində ilk üçlüyü Ferrari komandasının ispan pilotu Fernando Alonso qapayıb. Finişə dördüncü RedBull üzvü Daniel Rikkardo, beşinci isə onun komanda yoldaşı, hazırkı çempion Sebastian Fettel çatıb. Şanxay avtodromunda altıncı Niko Hülkenberq olub.

Şəxsi hesabda Hamilton (75 xal) Rosberqdən (79 xal) 4 xal geri qalır. İlk üçlüyü Alonso qapayır (41 xal).

Formula-1 növbəti mərhələsi 9-11 mayda İspaniyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.