İdman

Bakının Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "paintball" yarışı keçirilib - FOTO

21 Aprel 2014 11:29
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə Bakı Paintball Mərkəzində "paintball" yarışı keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının Şura üzvləri Əkbər Miskinov, Əlamdar Bayramov, rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və digərləri deyiblər ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir.

Bildirilib ki, Azərbaycan xalqı qəhrəman xalqdır və ölkəmiz şanlı tarixi, əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Çünki bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi əyani sübutdur.

Vurğulanıb ki, müstəqil dövlətdə yaşayan hər bir gənc bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bütün gənclər onun qorunması, möhkəmləndirilməsi naminə əlindən gələni etməlidirlər.

Qeyd edilib ki, bu cür yarışların keçirilməsi də bir daha gənclərdə vətənpərvərlik hisslərini yüksəltmək və onların layiqli vətəndaş kimi yetişmələrinə dəstək məqsədi daşıyır. Çıxışlardan sonra yarışa start verilib.

Yarışda "Mübariz", "Fərid", "İbadın kəşfiyyatçıları" və "Nizami" komandaları iştirak ediblər.

Hazırlıqlı olan və peşəkarlıq nümayiş etdirən "İbadın kəşfiyyatçıları" komandasının üzvləri yarışın qalibi olublar.

Yarışın sonunda qaliblərə hədiyyələr təqdim edilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.