İdman

"Qəbələ" fransalı futbolçusunu qovdu

18 Aprel 2014 22:54
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yannik Kamanan "Qəbələ" klubundan qovulub.

Milli.Az xəbər verir ki, bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. O bildirib ki, komanda daxili nizam-intizamı pozduğu üçün əsas heyətdən uzaqlaşdırılan Kamananla müqavilə pozulub. Beləliklə, "Sivasspor"un sabiq futbolçusu əvəzedici komandaya yox, vətəni Fransaya getməli olub.

Qeyd edək ki, Yannik Kamanan 2,5 illik "Qəbələ" karyerası ərzində Premyer Liqada 62 oyuna çıxıb və 16 dəfə rəqib qapılarına yol tapıb. O, cari mövsüm çempionatda 18 görüşdə cəmi 2 dəfə fərqlənə bilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.