Daim intizamsız hərəkətləri ilə gündəmə gələn Elnur Allahverdiyev dəfələrlə yersiz qırmızı vərəqələr alaraq çıxış etdiyi komandaları çətin vəziyyətdə qoyub. Bu dəfə isə o, fərqli şəkildə gündəmə gəlib. Belə ki, millinin müdafiəçisi oynamaya-oynamaya cəzalanıb.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, belə ki, ötən il kubokun finalında baş verən olaylara görə 6 oyunlaq cəzalanan Elnur cari mövsümdə "Qəbələ"nin bu turnirdə keçirdiyi 4 matçı buraxmalı olub. Eyni səbəbdən sabiq klubu "Xəzər Lənkəran"la oyunu kənardan izləməli olan müdafiəçi dilini dinc qoymayıb və qarşılaşmanın baş hakimi Rəhim Həsənovu yağlı söyüşlərə "qonaq edib". Nəticədə, AFFA İntizam Komitəsi onu oynamadığı oyuna görə 5 oyunluq cəzalandırıb və klubu 10 min manat cərimə edib. Özü də Allahvediyevin cəzası Premyer Liqa oyunlarına şamil edilib. Bir sözlə, millinin müdafiəçisi ən yaxşı halda cari mövsümün son turunda meydana çıxa biləcək.
AFFA-nın cəzasına məruz qalan Elnur daha bir zərbəni klubundan alacaq. Belə ki, "Qəbələ" 10 min manatlıq cəriməni onun özünə ödətdirmək niyyətindədir. O, canını bununla qurtara bilməyəcək və mövsümün sonunda klub axtarışına çıxacaq. Legionerlərlə yola getməyən, bir müddət əvvəl mətbuat vasitəsi ilə həmkarlarını ağır şəkildə ittiham edən müdafiəçi klubdaxili ab-havanı da pozmaqda günahlandırılır. Beləliklə, "Qəbələ" "Xəzər Lənkəran"dan qalmaqallı şəkildə transfer olunan müdafiəçiyə yayda qapını göstərəcək.
Berti Foqtsun da Allahverdiyevi cəzasız qoymaması gözləniləndir. Son olaraq Mahir Şükürovu "Böyük oyun"da azarkeşlərə "orta barmaq" göstərdiyinə görə cəzalandıran alman çalışdırıcı böyük ehtimalla onu ABŞ-la oyunun heyətinə daxil etməyəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Sosial yardımla bağlı sevindirici xəbər - Bu yenilik edildi
- "Uzaq sahillərdə" filminin Anjelikası vəfat etdi - FOTO
- Musson leysanları dəhşət saçdı: Ölənlər var
- Bakıda taksilər kəskin bahalaşdı
- Azərbaycan QHT-ləri 26 ABŞ konqresmeninə Açıq Məktub ünvanladı
- İlham Əliyev Fatih Birolu qəbul edib
- Ermənistanda əsirlikdə olan azərbaycanlıların VİDEOsu yayıldı: NADİR GÖRÜNTÜLƏR
- Meksikada seçki ərəfəsində 26-cı namizəd öldürüldü - FOTO
- Güneyli yeniyetmə fars münsiflərin önündə "Ayrılıq" oxudu, zal qarışdı - VİDEO
- İranın bu ölkəyə notası adi hadisə deyil
- "Sənətin bu hala düşməyinin birbaşa səbəbi..."
- Həccə getmək istəyənlərin NƏZƏRİNƏ! - Qaydalar sərtləşdirilir
- Yaponiyada 5,9 bal gücündə zəlzələ - AES-də nasazlıq baş verdi - YENİLƏNİB
- "Kaş Firəngiz xanım "Bəxt üzüyü 2"də çəkilməzdi, filmi görüb utandım”
- Bu gün bu rayonlarda qaz olmayacaq
- Ərinin ölümünə dözə bilmədi - 17gün sonra... - FOTOlar
- Toy günü bəyin meyiti tapıldı - Atasından açıqlama - FOTOlar
- Xoşbəxtliyin astanasında - iyunun əvvəli bu bürclər çox uğurlu olacaq
- Fitsonu buna görə güllələdilər - Siyarto
- Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO
- Bakının mərkəzində avtomobil aşdı - FOTOlar
- "07" Kürə aşdı, 3 nəfər öldü
- İranın bu ölkəyə notası adi hadisə deyil
- Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır