İdman

"Qəbələ"nin məşqçiləri "Yuventus"un düşərgəsində

18 Aprel 2014 13:04
0 Şərh     Baxış: 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hazırda Stefano Qusella turnirində iştirak məqsədilə İtaliyanın Turin şəhərində səfərdə olan "Qəbələ"nin U-15 komandasının məşqçilər heyəti "Yuventus" Futbol Akademiyasını ziyarət edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, akademiyanin direktor müavini Cüzeppe Geriyanın müşayiəti ilə akademiya binası və ofisləri ilə tanış olan nümayəndə heyəti U-19, U-16 U-15 komandalarının meydançada, U-17 komandasının isə fitness zalında məşqlərini izləyib. Yekunda iki akademiya məşqçiləri arasında görüş keçirilib. Geriya, U-19 komandasının məşqçisi, sabiq futbolçu, dünya çempionu Fabio Qrosso və "Yuventus"un digər məşqçilərinin iştirakı ilə baş tutan görüşdə "Yuventus" Futbol Akademiyası haqqında suallar cavablandırılıb. "Yuventus" rəsmiləri bu gün start götürəcək Stefano Qusella xatirə turnirində "Qəbələ"nin oyununu izləyəcəklərini bildiriblər.

Qeyd edək ki, "Qəbələ"nin məşqçiləri sabah İtaliya çempionatının 34-cü turunda baş tutacaq "Yuventus"-"Bolonya" matçını izləyəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.