İdman

Droqbanın transfer söhbətləri qollarından çox oldu

16 Aprel 2014 11:34
0 Şərh     Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Droqba: "İngiltərə klublarından təkliflər göndərilib"

"Qalatasaray"ın futbolçusu Didye Droqbanı İngiltərənin bir neçə klubu transfer etmək istəyir.

Qol.Az-ın eurosport.com-a istinadən yaydığı xəbərə görə, kotdivuarlı hücumçu deyib ki, bəzi Premyer Liqa klublarından ona təklif göndərilib. Ancaq Droqba yalnız "Çelsi"dən təklif gələcəyi təqdirdə, Premyer Liqaya qayıtmağı düşünür:

"İngiltərənin bir neçə klubundan təkliflər gəlib. Mən isə yalnız "Çelsi"də oynaya bilərəm. Bu klubda yenidən çıxış etməyi çox istəyirəm".

Qeyd edək ki, mövsümün sonunda "Qalatasaray"la müqaviləsi bitəcək Droqbaya İstanbul təmsilçisinin bu ayın axırında son təklif göndərəcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.